İsmayıllıda Novruz bayramı ilə əlaqədar konsert keçirilib
İsmayıllı, 17 mart, Rəşad Türkoğlu, AZƏRTAC
İsmayıllıda rayon icra hakimiyyətinin və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr edilən konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində hüquq-mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.
Əvvəlcə mərkəzi meydanda bayram tonqalı qalanıb.
Konsert proqramında müğənnilər, Lahıc və İvanovka folklor qrupları, Aşıqlar ansamblı bir-birindən fərqli ifalarla bayram iştirakçılarına xoş anlar bəxş ediblər.