İsmayıllıda şəhid ailələri ziyarət edilib
Bakı, 20 iyul, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan oğullarımızın ailələrinə baş çəkib, onların qayğıları ilə maraqlanıblar.
AZƏRTAC xəbər verir ki, görüşlərdə dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, qəhrəmanlarımızın igidlik salnamələrindən danışılıb, ailələrə bayram sovqatları təqdim edilib.