İspaniya La Liqası: “Barselona” ardıcıl ikinci dəfə xal itirir
Bakı, 29 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 29-da İspaniya La Liqasının 7-ci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, son çempion “Barselona” klubu “Nou Kamp” stadionunda “Atletik Bilbao” komandasını qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Oyunun 41-ci dəqiqəsində hesabı Bilbao təmsilçisi Oskar de Markos açıb. Oyunun sonlarına kimi “Barselona” klubu daim rəqibin qapısı önündə təhlükəli anlar yaratsa da, yalnız bir qol vurub. Matçın 84-cü dəqiqəsində Munir El Haddadi oyunda tarazlıq yaradıb. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib.
Beləliklə, kataloniyalılar İspaniya La Liqasında ikinci dəfə ardıcıl olaraq xal itirib. Altıncı turda Ernesto Valverdenin yetirmələri səfərdə “Leganes” klubuna məğlub olmuşdu (2:1). “Barselona”nın əzəli rəqibi “Real Madrid” klubu bu gün “Santyaqo Bernabeo” stadionunda “Atletiko Madrid” komandası ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]