İSPANİYA TARİXÇİSİ KOLUMBUN DƏFN OLUNDUĞU İLK YERİ AŞKAR ETMİŞDİR
Kastro Valyadolid Universitetinin professoru Mariya Fernandes de-Oyonun ona verdiyi çoxsaylı sənədlərdən istifadə edərək, Valyadoliddəki San-Fransisko monastırının Luisa de-Serda kilsəsində 1506-cı il mayın 20-də bu şəhərdə vəfat etmiş böyük dəniz səyyahının dəfn olunduğu yeri müəyyənləşdirmişdir.
Üç ildən sonra, 1509-cu ildə Kolumbun cəsədinin qalıqları Sevilyaya gətirilmişdir. Mərhumun vəsiyyətinə əsasən, 1540-cı ildə cəsədin qalıqları Espanyola adasına (indi Dominikan Respublikası) göndərilmişdir. Ada Santo-Dominqo və Haiti adalarına ayrıldıqdan sonra Amerikanın ilk kəşfçisinin cənazəsinin qalıqları Kubaya aparılmışdır. 1898-ci ildə ispaniyalılar bu adanı tərk etməyə məcbur olmuş və cənazənin qalıqları yenidən Sevilyaya qaytarılmışdı.
Dominikan Republikasının hakimiyət orqanları iddia edirlər ki, Kolumbun cənazəsinin qalıqları indiyədək Sevilyada deyil, onların paytaxtı Santo-Dominqonun kafedral kilsəsindədir.
Qranada Universitetinin alim-genetikləri artıq neçə ildir ki, DNT təhlilinin köməyi ilə böyük dəniz səyyahının qəbrinin əslində harada olduğunu aydınlaşdırmağa çalışırlar. Lakin onlar hələlik bu sirri aça bilməmişlər.