İSRAİL AZƏRBAYCANLA ƏLAQƏLƏRİN HƏRTƏRƏFLİ İNKİŞAFINDA MARAQLIDIR
Xəbər verdiyimiz kimi İsrail parlamentinin Azərbaycan Milli Məclisi ilə dostluq qrupunun rəhbəri Yosef Şaqal ölkəmizdə səfərdədir. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, Azərbaycanlı həmkarlarımızın dəvəti ilə həyata keçirilən səfərdən məqsəd ölkələrimiz arasında bütün sahələrdə, xüsusən də parlamentlərarası əlaqələri inkişaf etdirməkdir. Məlumat üçün deməliyəm ki, hazırda İsraildə Azərbaycandan gəlmiş 100 mindən çox yəhudi vardır. Onların burada iki, bəlkə də, üç o qədər qohumu, dostu vardır. Əgər biz onlara münasibətləri davam etdirməyə imkan yarada bilsək, bu, həyatın bütün sahələri üçün xeyirli olar. İsraildə Azərbaycan səfirliyinin açılmasını istəyirik, amma bunun çətin iş olduğunu da başa düşürük. Ona görə istəyirik ki, heç olmasa, Azərbaycan Mədəniyyət Mərkəzi və yaxud da Azərbaycan Sənaye-Ticarət Palatası açılsın. Düşünürük ki, belə bir addımın atılması qısa zamanda öz müsbət nəticəsini göstərərdi.”
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]