İsrailin İntellektual Nəqliyyat Tədqiqatları Mərkəzinin komitə rəhbəri AzTU-da

Bakı, 15 dekabr, AZƏRTAC
İsrailin Texnion Universitetinin Nəqliyyat Tədqiqatları İnstitutunda tədqiqat qrupunun rəhbəri, Ruppin Akademik Mərkəzində mühazirəçi, İsrailin İntellektual Nəqliyyat Tədqiqatları Mərkəzinin komitə rəhbəri Ayelet Gal-Tzur Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və müəllim heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Bildirilib ki, Ayelet Gal-Tzur İsrailin İntellektual Nəqliyyat Tədqiqatları Mərkəzi və Ruppin Akademik Mərkəzinin fəaliyyəti haqqında məlumat verib, nəqliyyat sektorunun tənzimlənməsi üzrə həyata keçirilən işlər və elmi-tədqiqatlar barədə geniş təqdimatla çıxış edib.
Sonra AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov təqdimatla çıxış edib. O, institutda görülən işlər və həyata keçirilən layihələr haqqında qonağa məlumat verib.
Görüş zamanı AzTU-nun Logistika və Nəqliyyat İnstitutu ilə İsrailin Texnion Universitetinin Nəqliyyat Tədqiqatları İnstitutu, Ruppin Akademik Mərkəzi və İsrailin İntellektual Nəqliyyat Tədqiqatları Mərkəzi arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2025 [13:02]
“Yeni dövrün Azərbaycanı” mövzusunda şagirdlərlə növbəti görüş təşkil olunub
- 18.04.2025 [19:03]
Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib
- 18.04.2025 [18:50]
Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq elmi konqresdə məruzə ediblər
- 18.04.2025 [18:32]
ADNSU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı genişlənir
Yardımlı rayonunda zəlzələ olub
- [16:47]
Qubada qanunsuz tikili sökülüb
- [10:45]
Sədaqət Hüseynova: Miqren irsi meyilliliyi olan xəstəlikdir
- 18.04.2025 [23:48]
AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib
- 18.04.2025 [21:26]
Bakıda türkiyəli rəssamın sərgisi açılıb
- 18.04.2025 [19:53]
“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib
- 18.04.2025 [19:20]
Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
- 18.04.2025 [19:13]
Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb
- 18.04.2025 [19:11]