QAN YADDAŞI
İstanbulda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı konfrans təşkil edilib
![](/files/galleryphoto/2024/1/1200x630/1708689881429074497_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17086898816337564452_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17086898816375460323_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17086898813805451757_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17086898811982649387_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17086898814957011522_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17086898812711242850_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17086898813019255270_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17086898814569439955_1200x630.jpeg)
İstanbul, 23 fevral, AZƏRTAC
Fevralın 23-də İstanbulda “Beynəlxalq hüquq və ədalət baxımından 32-ci ildönümündə Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldaki Baş konsulluğu və Türkiyə Ədliyyə Nazirliyinin İstanbul 2 nömrəli Vəkillər Kollegiyası tərəfindən təşkil edilib.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin xatirəsi yad edilib.
Sonra Türkiyənin “Haber Global” media şirkəti tərəfindən Xocalı soyqırımına həsr olunan “Tarixdən bir dəhşət səhifəsi: Xocalı” qısametrajlı bədii filmi nümayiş etdirilib.
Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva və Vəkillər Kollegiyasının rəhbəri Yasin Şamlı Xocalı faciəsi barədə danışıblar.
Bildirilib ki, Xocalı soyqırımı azərbaycanlılar üçün tarixin ən ağrılı səhifələrindən biri olmaqla yanaşı, ermənilərin əsl üzünü göstərən insanlıq tarixinin ən dəhşətli nümunələrindən biridir.
Qeyd edilib ki, Xocalı soyqırımı heç vaxt xatirələrdən silinməyəcək, lakin Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi şanlı Zəfər bu qanlı hadisənin qurbanlarının ruhunu şad etdi, azərbaycanlıların qəlbinə bir növ su səpdi. Bu qanlı hadisədən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq soyqırımı törədənlər hələ də cəzalandırılmayıb və Azərbaycan bu gün də Xocalıya ədalət axtarışını davam etdirir.
Konfrans mövzu ilə bağlı panel iclasla davam etdirilib.
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı vəkil Aygün Əliyevanın moderatorluğu ilə baş tutan paneldə siyasi ekspert, Türkiyənin Aydın Universitetinin professoru Raqıp Kutay Karaca və Ankara Universitetinin professoru Cavid Abdullazadə mövzu ilə bağlı danışıblar.
Beynəlxalq hüququn və ədalətin Xocalı soyqırımına yanaşmasının müzakirə olunduğu iclasda illər ötsə də tarixin bu qanlı faciəsini törədənlərin cəzalandırılması istiqamətində dünya ictimaiyyəti tərəfindən hələ də heç bir tədbirin görülmədiyi bildirilib.
Qeyd olunub ki, milyonlarla dinc əhalini qətl edən Qərb mədəniyyəti bu gün Xocalı soyqırımına “ədalət” axtarır, bu da ədalətsizliyin təməlini təşkil edir.
Sonra Vəkillər Kollegiyası binasında açılan, Xocalı soyqırımını özündə əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul