DÜNYA
İstanbulda yağan güclü yağış səbəbindən çox sayda əmlaka ziyan dəyib VİDEO
![İstanbulda yağan güclü yağış səbəbindən çox sayda əmlaka ziyan dəyib VİDEO](/files/2022/2/1200x630/165744517453922124_1200x630.jpg)
İstanbul, 10 iyul, AZƏRTAC
İyulun 10-da İstanbulun bir çox yerində gecə saatlarında başlayan və fasilələrlə səhərə qədər davam edən güclü yağış şəhərin Esenyurt rayonunda yerləşən Haramidərənin daşmasına səbəb olub. Təbiət hadisəsi nəticəsində ev və iş yerlərini su basıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.
Nazir şəhərdə gecədən başlayaraq səhərə qədər aralıqlarla yağan şiddətli yağışın fəsadlarının araşdırıldığını, zərərçəkən vətəndaşlara ev və iş yerlərinin boşaldılması üçün köməklik göstərildiyini deyib. Bildirilib ki, zərər dəyən iş yeri və ev sahiblərinə kompensasiya ödəniləcək.
Qeyd edək ki, İstanbulda yağışlı hava şəraiti hələ ki davam edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [21:30]
Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır
- 03.07.2024 [20:01]