İstanbulun Taksim meydanında Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan Birlik Təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi İstanbulda da anılmışdır.
AZƏRTAC xəbər verir ki, fevralın 26-da 613 gənc İstanbulun Taksim meydanında eyni anda yerə uzanaraq faciəyə öz etirazlarını bildirmişlər.
Gənclər ermənilərin Xocalıda Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli cinayətlərə etiraz olaraq belə bir üsulla dünyanın diqqətini çəkməyə çalışmışlar. Xocalıda şəhid olan 613 məsumu təmsil edən könüllülər arasında azərbaycanlı və türk tələbələrdən başqa Türkiyədə təhsil alan xarici tələbələr də olmuşdur.
Azərbaycan Birlik Təşkilatı həmsədrlərindən Nurlan Kərimov, Xocalı faciəsini təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırmış, beynəlxalq təşkilatları bu qətliama biganə qalmamağa çağırmışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]