İSTEHLAKÇILAR ÜÇÜN TRENİNQ KURSLARI
Azad İstehlakçılar İttifaqı Almaniya Texniki Əməkdaşlıq Təşkilatının dəstəyi ilə fevralın 6-8-də respublikamızın sərhədyanı rayonlarında, habelə Gəncədə istehlakçılar üçün treninq kursları keçirəcəkdir.
Kurslar icra hakimiyyəti orqanlarının, gömrük, sanitariya-epidemiologiya xidmətlərinin, aqrar sektorun, kommunal təsərrüfatlarının işçiləri, habelə topdansatış və pərakəndə ticarət sahəsində çalışanlar üçün nəzərdə tutulmuşdur.
Kursların keçirilməsindən məqsəd təkcə bu xidmətlərin işçiləri ilə məşğələlər aparmaq deyil, həm də istehlakçıları maarifləndirməkdir. Belə ki, onların çoxu öz hüquqlarını bilmir. Kurslar qonşu dövlətlərdən qanunsuz mal gətirilməsinin qarşısını almağa da kömək edəcəkdir.
Keyfiyyətsiz mallarla mübarizə məqsədi ilə onların nümunələri də nümayiş etdiriləcəkdir. Dinləyicilər istehlakçılıq biliklərinə dair vəsaitlə təmin olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:56]
Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 10.08.2026 [18:43]
Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]