İSTEHLAKÇIYA VERİLƏN SUYUN KEYFİYYƏTİ YAXŞILAŞIR
Ötən il ümumən 183,9 kilometrlik su, 36,6 kilometrlik kanalizasiya xətləri çəkilmiş, yararsız vəziyyətə düşən xətlər, avadanlıq və qurğular təzələnmişdir.
İl ərzində ölkənin su təchizatı və kanalizasiya şəbəkəsində 158,4 kilometrlik müxtəlif diametrli su boruları, 19,7 kilometrlik kanalizasiya xətləri təmir edilmişdir. Bu müddətdə 1634 ədəd elektrik mühərriki, 1421 ədəd müxtəlif markalı su nasosu, 66 ədəd kanalizasiya nasosu, 3241 ədəd müxtəlif diametrli siyirtmə və 69 ədəd transformator bərpa edilmiş, 28,9 kilometrlik elektrik kabel xətləri dəyişdirilmiş, 331 min kubmetr tutumlu su anbarı yuyulmuşdur. Hesabat ilində istehlakçıların su xətləri üzərində 36 min 107, o cümlədən Bakıda 34 min 552 ədəd su sayğacı quraşdırılmışdır.
Həyata keçirilən tədbirlər nəticəsində istehlakçılara verilən suyun keyfiyyəti yaxşılaşmış və su təchizatında sabitlik təmin edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]
AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq
- 09.10.2026 [13:22]
İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]