İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
Bakı, 13 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Böyük və Kiçik Qafqazda əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 29-34°, dağlıq rayonlarda isə 23-28° isti olacaq.
Departamentdən AZƏRTAC-a bildirilib ki, Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 31-36° isti olacağı ehtimalı var.
Aran rayonlarında günəşli hava şəraiti olacaq, qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 35-40° dərəcə isti olacağı proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında hava şəraitinin günəşli olacağı ehtimal edilir. Havanın maksimal temperaturunun 35-40°, bəzi yerlərdə 42° isti olacağı bildirilir.
Paytaxtda hava şəraiti günəşli olacaq, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın maksimal temperaturunun 31-36° isti olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]