İsveç parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanıb
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Federasiyası-İsveç Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bu ölkədə yaşayan soydaşlarımız adından İsveç parlamentinə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən müraciət ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Ermənistan hərbi birləşmələrinin dinc Xocalı əhalisinə qarşı törətdiyi vəhşilik qeyd olunub. Hücum zamanı ümumilikdə 613 günahsız insanın qətlə yetirildiyi, onlardan 106 nəfərin qadın, 70 nəfərin yaşlı və qoca, 63 nəfərin isə uşaq olduğu bildirilir. Həmçinin 150 insanın aqibəti haqqında hələ də heç bir məlumat əldə edilməməsi, 1275 nəfərin isə girov götürüldüyü vurğulanır. Müraciətdə, həmçinin bu qətliamın azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi tanınması, Azərbaycanın bir milyon qaçqın və köçkününün öz evlərinə qayıtması üçün Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi tələb olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]