İsveç prokurorluğu “Şimal axını” qaz boru kəmərlərində partlayışları təhqiq edir
Stokholm, 14 iyun, AZƏRTAC
İsveç Prokurorluğu “Şimal axını-1” və “Şimal axını-2” qaz boru kəmərlərində partlayış ilə bağlı cinayət işi üzrə təhqiqatı payızda başa çatdırmalı və sifarişçilərin adlarını müəyyən etməlidir.
Bu barədə AZƏRTAC İsveç İctimai radiosuna istinadla xəbər verir.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında bir neçə sualtı partlayış nəticəsində Baltik dənizinin dibi boyunca Rusiya və Almaniyanı birləşdirən “Şimal axını-1” qaz boru kəmərinin və bu yaxınlarda tikilmiş “Şimal axını-2” qaz boru kəmərinin üç qolunda nasazlıqlar baş verib.
Partlayışlar İsveç və Danimarkanın müstəsna iqtisadi zonalarında baş verib, hər iki ölkə boru kəmərlərinin məhv edilməsi üzrə naməlum tərəfin qəsdən hərəkət etdiyini bəyan edir. Lakin kimin məsuliyyət daşıdığını istintaqın nəticələri müəyyən edəcək.
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]