İsveçdə dollar milyonçularının sayı azalır
Stokholm, 12 iyun, Nərgiz Cəfərli, AZƏRTAC
“Capgemini” konsaltinq şirkətinin yeni hesabatına görə, İsveç qlobal dollar milyonçuları siyahısında yerini itirməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, 2024-cü ildə onların sayı təxminən 3 faiz azalaraq 149,5 min nəfər təşkil edib.
Artıq ikinci ildir ki, varlı isveçlilərin sayı azalır. Bu milyonçuların ümumi sərvəti 0,6 faiz azalaraq 372 milyard dollar olub.
Dollar milyonçularının sayının azalmasının səbəbləri zəif iqtisadi artım, faiz bazarında qeyri-müəyyənlik və alıcılıq qabiliyyətini zəiflədən, kapital artımını yavaşladan mənzil qiymətlərinin artması olub.
Qonşu Norveç isə bu sahədə inamlı artım nümayiş etdirir. Təkcə 2024-cü ildə orada 5 min nəfər yeni dollar milyonçusu peyda olub.
Qlobal artım tendensiyası pandemiyanın yaratdığı tənəzzüldən sonra davam edir. Hesabata görə, 2024-cü ildə dünyada 23,4 milyon nəfər milyonçu olacaq, onların ümumi sərvəti 2023-cü ildən 2,6 faiz artaraq 90 trilyon dolları keçəcək.
ABŞ dollar milyonçularının sayına görə dünya lideri olaraq qalır; bu ölkədə keçən illə müqayisədə göstərici yarım milyon nəfər artaraq 7,9 milyona çatıb.
Asiyada 5,6 faiz artımla Hindistan və Yaponiya liderlik edir və müvafiq olaraq 20 min və 210 min yeni milyonçu meydana çıxıb. Çində isə əksinə, 1 faiz azalma qeydə alınıb.
Eyni zamanda, neftin qiymətinin düşməsi Yaxın Şərqdə milyonçuların sayının 2 faizdən çox azalmasına səbəb olub. Latın Amerikasında valyuta qeyri-sabitliyi və iqtisadi problemlər 8,5 faiz azalmaya səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.09.2026 [18:02]
Rumıniyada benzinin qiyməti tarixi maksimuma çatıb
- 12.09.2026 [16:09]
Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb
- 12.09.2026 [14:51]
Afina və Buxarest arasında enerji bağlantıları gücləndirilir
- 12.09.2026 [14:26]
İraq hökuməti Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır
- 12.09.2026 [14:04]
Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub
- 12.09.2026 [14:02]
Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək
- 12.09.2026 [13:37]
Bolqarıstanda hərbi sursat anbarlarında güclü partlayışlar baş verib
Sabahın hava proqnozu açıqlanıb
- [12:46]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib
- 11.09.2026 [23:47]
Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb
- 11.09.2026 [23:16]
“Fənərbağça” rəhbərliyi baş məşqçinin istefasını qəbul etməyib
- 11.09.2026 [22:24]
Milix Yevdayevə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub
- 11.09.2026 [21:26]
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
- 11.09.2026 [21:03]
Fransada inflyasiyanın ilin sonuna yaxın 3 faizə çatacağı gözlənilir
- 11.09.2026 [20:47]
Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək
- 11.09.2026 [20:33]
Naxçıvan komandası Türkiyədə keçirilən beynəlxalq turnirin qalibi olub
- 11.09.2026 [20:23]
Bu saata olan əsas xəbərlər
- 11.09.2026 [20:00]
Merkurinin diametrinin 23 kilometrdən çox azaldığı müəyyənləşib
- 11.09.2026 [19:45]
Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verilib
- 11.09.2026 [19:27]
Omanda Hörmüz boğazı ilə bağlı çoxtərəfli görüş olacaq
- 11.09.2026 [19:20]
Sabah Xətai rayonunun 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 11.09.2026 [19:18]
Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan
- 11.09.2026 [19:12]
ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur
- 11.09.2026 [19:01]