İsveçin bəzi şəhərlərinin bələdiyyələri şist qazının hasilatına və kəşfiyyatına qadağa qoyulmasını istəyirlər
Stokholm, 5 iyul (AZƏRTAC). İsveçin bəzi şəhərlərinin bələdiyyələri şist qazının hasilatına və kəşfiyyatına qadağa qoyulmasına çalışırlar.
AZƏRTAC xəbər verir ki, İsveçin 28 bələdiyyəsi ölkənin siyasi xadimlərinə birgə çağırış etmək üçün bir araya gəlmişdir. Onlar bələdiyyələrə təkcə şist qazının, yaxud uranın hasilatına deyil, həm də bu qazıntıların geoloji kəşfiyyatına veto qoyulması hüququnun verilməsini tələb edirlər.
Birgə müraciətdə bildirilir ki, şist qazının frekinq deyilən layların hidravlik parçalanması texnologiyasının köməyi ilə hasilatına başlanması xüsusi narahatlıq doğurur. Etiraz edənlərin fikrincə, İsveçdə mineral resursların hasilatı üzrə qanın çox əlverişli olduğu üçün mədənçıxarma şirkətlərinin kəşfiyyat üçün növbəyə düzülüb ictimaiyyətin müqavimətini qıra bilməsi ehtimalı böyükdür. O da qeyd olunur ki, hasilat ətraf mühit üçün son dərəcə xoşagəlməz nəticələr bilər. Söhbət böyük ərazilərin istismarından gedir. İstifadə etmək istədikləri torpaq isə fəaliyyətdə olan, insanların yaşadığı kənd təsərrüfatı areallarıdır.
Qeyd edək ki, bütün siyasi partayaların nümayəndələri, hətta şist qazının başqa üsyullarla hasilatının ən azı müzakirə edilməsinə tərəfdar olan sosial-demokratlar və mühafizəkarlar şist qazının hasilatı zamanı layların hidravlik parçalanması üsuluna qarşı çıxırlar.
Lakin etirazlara baxmayaraq, İsveç hökuməti rəsmi bəyanatla çıxış etməmişdir. Ekspertlər isə bildirilər ki, şist qazı ilə bağlı problemlər olsa da, İsveç 2050-ci ilə qədər bütünlüklə enerji alınmasının daha təhlükəsiz yolu sayılan biokütlədən hazırlanan qazdan istifadəyə keçmək niyyətindədir.
Rauf Əliyev
AZƏRTAC -ın xüsusi müxbiri
Stokholm