İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİCƏNAB MORİS LOYENBERGERƏ
İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Azərbaycan ilə İsveçrə arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq və əməkdaşlığımız, ikitərəfli əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı, 9 dekabr 2005-ci il.