İtaliya Baş nazirinin müavini: ABŞ-la toqquşma istəmirik, başımızı dik tutaraq danışıqlar aparmalıyıq
Roma, 13 iyul, AZƏRTAC
Gömrük rüsumları ilə bağlı ABŞ-la toqquşma istəmirik, başımızı dik tutaraq danışıqlar aparmalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.
“Prezident Donald Trampın bu cür hərəkəti gözlənilirdi və mən bunu onun danışıqlar taktikasında bir addım kimi qiymətləndirirəm. Danışıqlar bitməyib və yaxın vaxtlarda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, vitse-prezident Maroş Şefçoviç və bütün ekspertlərimiz növbəti addımları müəyyən etmək üçün çalışacaqlar. Bildiyiniz kimi, bütün mümkün variantlar artıq nəzərdən keçirilib.
ABŞ-la toqquşma istəmirik, lakin şirkətlərimizi, sənayemizi və işçilərimizi müdafiə etmək istəyirik. Biz başımızı dik tutaraq danışıqlar aparmalıyıq. Bu qeyri-müəyyənlik dövrü başa çatmalıdır. Çünki şirkətlərimizin əminliyə ehtiyacı var, onlar ABŞ-da aydın çərçivədə işləməlidirlər. Mən həmişə optimistəm, amma biz ancaq Avropa sənayesini müdafiə edə bilərik”, - deyə İtaliya Baş nazirinin müavini bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]