CƏMİYYƏT
İtaliya nümayəndəsi: İqlim probleminin həlli istiqamətində uyğunlaşma ilə bağlı məsələ çox vacibdir
Bakı, 11 oktyabr, AZƏRTAC
“İqlim probleminin həlli istiqamətində uyğunlaşma ilə bağlı məsələ çox vacibdir. Keçirilən Pre-COP29 tədbirində uyğunlaşma fəaliyyətinə daha çox sərmayə qoymalı olduğumuzu nəzərə çatdıracağıq”.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro deyib.
O qeyd edib ki, İtaliya G7 ölkələrinə sədrliyi dövründən bu istiqamət üzərində işləyir: “Uyğunlaşmaya sərməyə yatırmaq ona görə vacibdir ki, iqlim dəyişmələri artıq qapımızdadır və bu istiqamət üzrə ölkə olaraq hər birimiz hazır olmalıyıq. Bu səbəbdən biz uyğunlaşma tədbirinə yatırım etmək qərarına gəldik”.