İtaliyada meşə yanğını: 1200 turist təxliyə edilib
Roma, 24 iyul, AZƏRTAC
İtaliyanın cənubundakı Apuliya regionunda baş verən meşə yanğını nəticəsində bölgədən 1200 turist təxliyə olunub.
AZƏRTAC xəbər verir ki, Baia San Feliçe meşəsində əlçatmaz ərazidə yayılan alov güclü külək səbəbindən mindən çox insanın yaşadığı məntəqələrə doğru irəliləyir. Hadisə yerinə yanğınsöndürən təyyarə və helikopterlər, eləcə də mülki müdafiə qüvvələri və könüllüləri cəlb edilib.
Yanğının geniş əraziyə yayılması ilə əlaqədar yanğınsöndürənlər ehtiyat tədbiri olaraq yaxınlıqdakı Baia dei Kampi bölgəsindən təxminən 1200 nəfərin təxliyə edilməsi barədə qərar veriblər. Avtomobili olmayan turistlər dəniz yolu ilə qayıqlarda daşınır və bəziləri Vieste bələdiyyəsində idman zalında yerləşdirilir.
Baia dei Kampi yanğının baş verdiyi yerdən təxminən bir kilometr uzaqlıqdadır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]