İtaliyada tibbi personal çatışmazlığı səbəbindən Kubadan həkim briqadası dəvət olunub
Roma, 9 yanvar, AZƏRTAC
İtaliyanın cənubundakı Kalabriya regionunda tibbi personal çatışmazlığı səbəbindən Kubadan həkim briqadası dəvət olunub.
AZƏRTAC xəbər verir ki, ötən ilin avqustunda Kalabriya regionu ilə Kuba hökuməti arasında imzalanan saziş çərçivəsində kubalı 51 həkim Katanzaro şəhərinə gəlib. Kubalı mütəxəssislər birillik müqavilə əsasında dörd şəhərdəki xəstəxanalara təyin ediləcək. Həkim briqadası Kalabriya Universitetində dil təhsili aldıqdan sonra xəstəxanalarda işə başlayacaqlar. Qarşıdakı aylarda ümumilikdə 500 həkimin bölgədəki xəstəxanalarda işə başlayacağı qeyd olunub.
Kalabriya regionunun rəhbəri Roberto Oççiuto kubalı həkimlərin gəlməsindən məmnunluğunu bildirib, bu təşəbbüsün digər bölgələr üçün də nümunə ola biləcəyini deyib.
Qeyd edək ki, İtaliyada həkim və tibb işçisi çatışmazlığı əsas problem olaraq qalır.
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]