SİYASƏT
İtaliyadakı həmvətənlərimiz seçkilərdə fəallıq nümayiş etdirirlər
![](/files/galleryphoto/2024/1/1200x630/1707315851566591035_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073158512000562164_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073158512800560264_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073158513738664203_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073158516342530_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073158513949329702_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073158513152758014_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073158513936916519_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073158511661513441_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073158512271046199_1200x630.jpeg)
Roma, 7 fevral, AZƏRTAC
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyində yaradılan 15 saylı Yasamal birinci seçki dairəsinin 39 saylı məntəqəsində səsvermə prosesi seçici fəallığı ilə davam edir.
AZƏRTAC xəbər verir ki, İtaliya, Malta və San-Marinoda daimi və ya müvəqqəti yaşayan, o cümlədən bu ölkələrdə uzunmüddətli xarici ezamiyyətlərdə olan və 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız seçici hüququndan istifadə etməklə səsvermədə fəallıq göstərirlər.
Seçicilər iradələrini azad formada ifadə etməklə sərbəst şəkildə səsvermə hüquqlarından istifadə etdiklərini bildirirlər.
Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilir. Seçki prosesi yerli vaxtla saat 19:00-dək (Bakı vaxtı ilə 22:00) davam edəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma