Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İtaliyanın “Agenparl” agentliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günündən yazır

İtaliyanın “Agenparl” agentliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günündən yazır

Roma, 30 dekabr, AZƏRTAC

İtaliyanın “Agenparl” informasiya agentliyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı məqalə yayıb.

Məqalədə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyəti, dövlətimizin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gəlmələri və daim həmrəy olmaları naminə yürütdüyü ardıcıl siyasət barədə söhbət açılır.

Bu gün dünya azərbaycanlılarının sayının 50 milyon nəfərdən artıq olduğu və onların 10 milyon nəfərinin Azərbaycanda yaşadığı vurğulanır. Bildirilir ki, azərbaycanlılar minilliklər boyu bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Dünyada və regionda baş vermiş müharibələr, inqilablar, hərbi münaqişələr Azərbaycanın parçalanmasına səbəb olub, azərbaycanlıların bir hissəsi sürgünə məruz qalıb, müxtəlif səbəblərdən öz doğma torpaqlarını tərk edərək digər ölkələrdə məskunlaşmağa məcbur olublar.

Məqalədə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin sədrliyi ilə Ali Məclisin 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı qərar qəbul edərək, Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanladığı və Ali Sovetin həmin günlə bağlı müvafiq qanun qəbul etdiyi bildirilir.

Müəllif dövlətimiz tərəfindən dünya azərbaycanlılarının bir araya gəlməsi və Vətənlə təmaslarının möhkəmləndirilməsi naminə yürütdüyü ardıcıl siyasət haqqında məlumat verərək, dünya azərbaycanlılarının milli birliyinin ilk ideoloqunun, təbliğatçısı və təşkilatçısının ümummilli lider Heydər Əliyev olduğunu bildirir, onun xarici ölkələrə etdiyi bütün səfərlərdə həmin ölkələrdə yaşayan və işləyən soydaşlarımızla görüşdüyünü, hər zaman onların problemləri ilə maraqlanaraq daha sıx birlik üçün dəyərli məsləhətlər verdiyini vurğulayır. Ümummilli Liderin prezidentliyi dövründə 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirildiyi və qurultayda onun söylədiyi “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözlərinin hər kəsin yaddaşına əbədi həkk olunduğu qeyd edilir.

Yazıda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanır və onun “Dünya Azərbaycanlılarının İkinci Qurultayının keçirilməsi haqqında” Sərəncamına müvafiq olaraq, 2006-cı il martın 16-da ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına böyük töhfə vermiş ikinci möhtəşəm tədbirin keçirildiyi diqqətə çatdırılır.

Həmçinin 2008-ci il dekabrın 18-də qəbul edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının əhəmiyyətinə toxunularaq, sənədin xaricdə yaşayan soydaşlarımızın birliyini daha da gücləndirmək və tarixi Vətənlə təmaslarını möhkəmləndirməkdən əlavə, Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzinə çevrildiyini təsdiq etdiyi vurğulanır.

Məqalədə xarici ölkələrdəki Azərbaycan diasporunun fəaliyyəti haqqında danışılaraq, onların yaşadıqları ölkələrin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal rol oynadıqları, həmin ölkələrlə Azərbaycan arasında münasibətlərin daha da inkişafına dəyərli töhfə verdikləri, həmçinin ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin fəal təşviqində və Ermənistanın ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət göstərdikləri diqqətə çatdırılır. Bu fəaliyyətin Avropa ölkələrində, o cümlədən İtaliyada də aparıldığı qeyd olunaraq, əsasən müxtəlif universitetlərdə oxuyan tələbələrdən və sosial, iqtisadi, gənclər, mədəni, akademik təşkilatlar və dostluq assosiasiyalarından ibarət olan İtaliyadakı diasporumuzun son illərdə italyan ictimaiyyətinin müxtəlif nümayəndələri ilə əlaqələr quraraq öz qüvvələrini səfərbər etdikləri və Azərbaycanla bağlı məlumatların İtaliya ictimaiyyətinə çatdırılmasına, həmçinin iki ölkə arasındakı əməkdaşlığa əhəmiyyətli töhfə verdikləri vurğulanır.

Yazıda Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciətindən də söhbət açılır və aşağıdakı fikirlərinə yer verilir: “Qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan vermiş, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirmişdir”.

Prezident İlham Əliyevin 2017-ci il üçün Azərbaycanın hərtərəfli inkişafına hədəflənmiş məqsədlərə çatmaq, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr, o cümlədən beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün görülmüş işlərlə bağlı mövzulardan əlavə, dünya azərbaycanlılarının vəzifələrindən də danışdığı bildirilir. Qeyd edilir ki, dövlət başçısı Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb. Prezident xaricdə yaşayan azərbaycanlıların milli maraqların müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməli olduqlarını, Azərbaycan diasporunun məqsədyönlü və birgə fəaliyyətinin ölkənin gücünü daha da artıracağına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına və Azərbaycanın ərazi bütövlüyünün bərpasına sanballı töhfə verəcəyinə inamını ifadə edib.

Yazıda, həmçinin Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin Romada tədbir təşkil etdiyi qeyd olunub.

Məqalənin tam mətni ilə bu linkdən http://www.agenparl.com/31-dicembre-giorno-della-solidarieta-degli-azerbaigiani-del-mondo/  tanış olmaq mümkündür.  

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük