İXRAC ƏMƏLİYYATLARININ HƏCMİ ARTMIŞDIR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin 10 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 134 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 7216165,6 min ABŞ dolları olmuşdur. Həmin müddətdə 1928 adda 3702027,1 min dollarlıq mal ixrac, 5441 adda 3514138,4 min dollarlıq mal isə idxal edilmişdir.
İxrac əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34,34 faiz, idxalın həcmi isə 24,98 faiz artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən, təbii qazın, avadanlıq və texniki qurğuların, tütün məmulatının və başqa malların hesabına artmışdır.