İXRAC ƏMƏLİYYATLARININ HƏCMİ ARTMIŞDIR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin 3 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 114 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 1943276,9 min ABŞ dolları olmuşdur. Həmin müddətdə 1184 adda 1037796,2 min dollarlıq mal ixrac, 4035 adda 905480,7 min dollarlıq mal isə idxal edilmişdir.
İxrac əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 116,43 faiz artmış, idxalın həcmi isə 19,92 faiz azalmışdır. Azalmanın səbəbi avadanlığın, texniki qurğuların və onların hissələrinin, qara metaldan hazırlanmış məmulatların respublikaya az gətirilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]