İyulun 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır. Gün ərzində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 20-24°, gündüz 27-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcəkdir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Axşam və gecə isə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir.
Temperaturun gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-15°, gündüz 19-24° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır. Gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 18-23°, gündüz 28-33° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 25-30° isti olacaqdır.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 19-24°, gündüz 30-35° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 19-24°, gündüz 28-33° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaqdır.