İyulun 1-dək 393 min hektardan çox sahədə yazlıq bitkilər əkilib
Bakı, 16 iyul, AZƏRTAC
Kənd təsərrüfatında yaz tarla işləri başa çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iyul ayının 1-nə kimi 393,1 min hektar sahədə (2020-ci ilin iyulun 1-i vəziyyətinə 393,8 min hektar) yazlıq bitkilər, o cümlədən 61,1 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 32,3 min hektarı dən üçün qarğıdalı) əkilib.
Həmin dövrdə 56,1 min hektar sahədə kartof, 68,2 min hektar sahədə tərəvəz, 20,2 min hektar sahədə bostan bitkiləri, 100,5 min hektar sahədə pambıq, 11,1 min hektar sahədə dən üçün günəbaxan, 5,1 min hektar sahədə şəkər çuğunduru, 3,1 min hektar sahədə tütün, 65 min hektar sahədə çoxillik otlar, 1,1 min hektar sahədə birillik otlar və 1,6 min hektar sahədə digər bitkilər əkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]