İyulun 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava yağmursuz olacaqdır.
Temperaturun gecə 23-27° isti, gündüz 33-38° isti, Bakıda gecə 24-26°, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil və Şıxda 27-28° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 11-16° , gündüz 22-27° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24° isti, gündüz 33-38° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 11-16° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25° isti, gündüz 32-37° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,
Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 18-23° isti, gündüz 29-34° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,
Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25° isti, gündüz 33-38° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 16-21° isti, gündüz 25-29° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyulun 24-25-də Abşeron yarımadasında zəif külək və bəzi saatlarda havada yaranan durğunluqla yanaşı, güclü isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyildir.