CƏMİYYƏT
İyulun 24-də Bakıda havanın temperaturu iqlim normasından 1.3° aşağı olub
Bakı, 25 iyul, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin iyulun 25-i saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, düşən yağışın miqdarı Lənkəranda 24, Qrızda 23, Xaltanda 22, Altıağacda 17, Qobustanda 16, Astarada 14, Şabran, Xınalıqda 13, İsmayıllı, Şahdağda 12, Şamaxı, Sumqayıtda 11, Şəki, Kürdəmir, Qubada 9, Qəbələ, Ağsu, Qusarda 8, İmişlidə 7, Ləzədə 6, Ordubadda 5, Biləsuvarda 4, Mingəçevir, Ağdamda 3, Lerik, Göyçay, Sarıbaşda (Qax) 2, Naxçıvan, Şahbuz, Ağdərə, Göygöl, Naftalan, Zaqatala, Yardımlı, Bərdə, Yevlax, Beyləqan, Sabirabad, Cəfərxan, Salyanda 1 millimetrədək təşkil edib.
İyulun 24-də Bakıda havanın temperaturu iqlim normasından 1.3° aşağı olub. Maksimal temperatur Naxçıvan Muxtar Respublikasında 30-35° isti, Bakıda və Abşeron yarımadasında 28°, dağlıq rayonlarda 21°, Aran rayonlarında 32°-dək isti olub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti iyulun 25-i gündüzədək davam edəcək. İyulun 26-27-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək.