İyulun 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 21-26° isti, gündüz 31-36° isti olacaqdır.
Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 55-65 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir .
Temperatur gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 11-16°, gündüz 23-28° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
hava yağmursuz keçəcəkdir.Temperaturun gecə 18-23° isti, gündüz 33-38° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 11-16°, gündüz 23-28° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24°, gündüz 31-36° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 17-22°, gündüz 28-33° olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyulun 27-dən 29-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.