İyulun 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakı, 1 iyul (AZƏRTAC). Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.Temperaturun gecə 16-19°, gündüz 24-27° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaqdır.Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 20-21°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil və Şıxda 22-23° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Temperaturun gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa,Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Temperaturun gecə 7-10°, gündüz 13-18° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Temperaturun gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Temperaturun gecə 14-19°, gündüz 24-29° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 15-19°, gündüz 23-27° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı gözlənilir.