İyunun 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu olacaq, arabir tutulacaqdır. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-20°, gündüz 27-32° isti, Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 747 mm civə sütunundan 752 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcəkdir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23°, Türkan, Hövsan, Şıx və Sahildə 23-24° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 26-31° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-12°, gündüz 19-24° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 26-31° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 23-28° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-22°, gündüz 28-33° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-20°, gündüz 25-30° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacaqdır.