İyunun 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-24° isti, gündüz 35-38° isti, yarımadanın bəzi yerlərində 40° isti olacaqdır.
Bakıda gecə 22-24° isti, gündüz 37-39° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 25-35 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti
olacaqdır.
Azərbaycanın rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24° isti, gündüz 33-38°, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 12-17° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 16-21° isti, gündüz 33-38° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24°, gündüz 33-38° isti, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Xəbərdarlıq
İyunun 15-i və 16-da ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi, gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 35-38°, yarımadanın bəzi yerlərində 40°, Naxçıvan MR-in və aran bölgəsinin bəzi rayonlarında 38-40°, dağlıq rayonlarda 25-30° isti təşkil edəcəyi gözlənilir. İyunun 17-də isə hava şəraitinin dəyişiləcəyi, temperaturun tədricən aşağı enəcəyi ehtimalı vardır.