İyunun 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.Temperatur gecə 20-25° isti, gündüz 35-38° isti olacaqdır.Bakıda gecə 22-24° isti, gündüz 37-39° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət 50-55 faiz olacaqdır.Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil, Şıxda 25-27° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən yağmursuz Temperaturun gecə 17-22° isti, gündüz 33-38° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
əsasən yağmursuz, Temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən yağmursuz. Temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən yağmursuz. Temperaturun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 19-24°, gündüz 33-38° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Temperaturun gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 26-31° isti olacağı gözlənilir.