İyunun 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava yağmursuz keçəcəkdir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış
yağacağı ehtimalı vardır.
Temperatur gecə 20-23° isti, gündüz 27-32° isti olacaqdır.
Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 35-45 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-21° isti, gündüz 29-34° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 12-17°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 17-22°, gündüz 29-34° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-
Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-
Xaçmaz rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 16-21°, gündüz 26-31° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,
Salyan, Neftçala rayonlarında
əsasən axşam və gecə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır.
Temperaturun gecə 18-23°, gündüz 30-35° isti, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı
rayonlarında
səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı vardır.
Temperaturun gecə 19-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Xəbərdarlıq
İyunun 17-dən başlayaraq hava şəraitinin dəyişiləcəyi, temperaturun tədricən 5-8 dərəcə aşağı enəcəyi, iyunun 18-19-da 26-28° isti təşkil edəcəyi, gecə və axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.