İyunun 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu olacaq, əsasən gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 17-20° isti, gündüz 24-28° isti olacaqdır.
Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı gözlənilir.
Temperaturun gecə 13-18°, gündüz 20-25° isti, dağlarda gecə 9-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən axşam və gecə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 17-22°, gündüz 27-32° isti, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 17-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti olacağı gözlənilir.