İyunun 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 16-20° isti, gündüz 25-29° isti olacaqdır.
Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-70 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 21-22° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 12-17° isti, gündüz 27-32 isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
şimşək çaxacağı, yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 14-19°, gündüz 24-29° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 12-17, gündüz 20-25° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
şimşək çaxacağı, yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 16-21°, gündüz 27-32° isti, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-20° isti, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Xəbərdarlıq
İyunun 19-dan 21-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim dəyişikliyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.