Azərbaycan Dövlət İnformasiya Agentliyi

İyunun 20-də imtahan verəcək namizədlərin nəzərinə

İyunun 20-də imtahan verəcək namizədlərin nəzərinə

Bakı, 18 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 20-də doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru, iyunun 21-də isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanları keçirəcək.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Qeyd olunub ki, doktoranturaya qəbul olmaq istəyən namizədlər və fəlsəfə doktoru iddiaçıları üçün xarici dil üzrə imtahanın məzmununu və məqsədini müəyyənləşdirən imtahan proqramları, xarici dillər üzrə imtahanın strukturu və məzmunu haqqında məlumatlar, həmçinin tövsiyələr və qiymətləndirmə meyarları DİM-in internet saytında yerləşdirilərək namizədlərə və iddiaçılara təqdim edilib.

DİM bir daha xatırladır ki, namizədlərin doktoranturaya qəbul və iddiaçıların fəlsəfə doktoru imtahanlarında xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün aşağıdakı bloklar təqdim ediləcək:

1. Dinləyib-anlama bloku;

2. Oxuyub-anlama bloku;

3. Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar);

4. Yazı bloku (doktoranturaya qəbul imtahanı verənlər - esse yazısı və fəlsəfə doktoru imtahanı verənlər - vizual məlumatın (cədvəl, qrafik, diaqram və s) təsviri).

Əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında da eyni test blokları üzrə tapşırıqlar təqdim olunacaq.

Namizədlərin və iddiaçıların yuxarıdakı ilk üç blok üzrə onlara təqdim olunacaq 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarında imtahan suallarının cavablandırılmasına və essenin (və ya vizual məlumatın təsvirinin) yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, yazılı tapşırığa isə 1 saat) vaxt ayrılır.

Məlumat verildiyi kimi, həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir və dinləmə, oxu, dildən istifadə və yazı bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə minimal keçid balını toplamaq tələb olunur. Müvafiq qurumlarla razılaşdırılmaqla doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.

Dövlət İmtahan Mərkəzi akademik yazı bacarıqlarının elmi kadrlar üçün böyük əhəmiyyətini nəzərə alaraq, imtahanın yazı bloku (esse yazısı və vizual məlumatın təsviri) barəsində bəzi tövsiyələri, yoxlanılıb-qiymətləndirilməsi nəzərdə tutulan bacarıqları imtahan iştirakçılarının diqqətinə bir daha çatdırır.

Məlum olduğu kimi, doktoranturaya qəbul imtahanında namizədlərin “Xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədi”nin (CEFR) B2 səviyyəsinin meyarlarına cavab verən esse yazma bacarığı yoxlanılır.

Xarici dil üzrə fəlsəfə doktoru, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili imtahanında isə iddiaçılara cədvəl, qrafik, diaqram, sxem və ya xəritə kimi vizual məlumat təqdim edilir və onlardan məlumatları öz sözləri ilə təsvir etmək, ümumiləşdirmək, müqayisə etmək və ya izah etmək tələb olunur. Onlardan vizual məlumatları müqayisə etmək, qanunauyğunluqları müəyyənləşdirmək, obyekti və ya hadisəni təsvir etmək istənilə bilər. İddiaçılar vizual məlumatı və ya hər hansı trendi - iqtisadi göstəriciləri, statistik rəqəmləri və s. izah etməli, müqayisə aparmalı, vizual məlumatdan kənara çıxmadan öz sözləri ilə yazılı şəkildə təsvir etməlidirlər.

Qeyd edək ki, doktoranturaya qəbul imtahanında yazılan esselər və fəlsəfə doktoru imtahanında yazılan vizual məlumatın təsviri maksimum 10 balla qiymətləndirilir. 2 və daha artıq balla qiymətləndirilən esselər və yazılı təsvirlər məqbul hesab olunur.

Təəssüflə qeyd olunmalıdır ki, doktoranturaya ötənilki qəbul və fəlsəfə doktoru imtahanlarında, həmçinin imtahan modeli əsasında keçirilmiş sınaq imtahanlarında bəzi namizədlər esseni qoyulan tələblər səviyyəsində yerinə yetirməyib, bəziləri onu tələb olunan 200-250 sözdən az həcmdə yazıb, digərləri mövzudan kənara çıxıb və ya tələb olunan mövzu əvəzinə başqa mövzuda yazıb, bəziləri isə aydın və anlaşıqlı olmayan xətlə yazıblar. Nəticədə onlar yazı bloku üzrə tələbi ödəyə bilməyiblər. Eyni sözləri fəlsəfə doktoru imtahanlarında iddiaçıların yazdıqları vizual məlumatın təsviri haqqında da demək olar. Belə ki, bəzi iddiaçılar verilmiş vizual məlumatı təsvir etmək, ondan kənara çıxmamaq, vizual məlumat əsasında təhlil və müqayisə aparmaq əvəzinə ümumi xarakterli cümlələr yazmaqla kifayətlənib, vizual məlumatdan kənara çıxıb və tapşırığı tələb olunan səviyyədə yerinə yetirməyiblər.

Qəbul və fəlsəfə doktoru imtahanlarında namizədlərin və iddiaçıların aşağıdakı xüsusiyyətlərə əməl etməklə esse və vizual məlumatın təsvirini yazma bacarığı yoxlanılacaq:

- Yazının məzmunu, əhatəliliyi və həcmi;

- Yazının məntiqi strukturu;

- Nitqin rabitəliliyi və tamlığı;

- Qrammatik minimumdan düzgün istifadə;

- Lüğət ehtiyatının zənginliyi və səlisliyi;

- Yazı savadı.

Artıq məlumat verdiyimiz kimi, doktoranturaya qəbul olmaq istəyən namizədlər üçün yazı bloku bir tapşırıqdan ibarətdir: verilmiş sərbəst mövzu əsasında giriş, əsas hissə və nəticədən ibarət olan essenin yazılması (həcmi 200-250 söz). Xarici dildən fəlsəfə doktoru imtahanı verəcək iddiaçılar və Azərbaycan dilindən fəlsəfə doktoru imtahanı verəcək əcnəbilər isə yazı blokunda giriş, əsas hissə və nəticədən ibarət olmaqla vizual məlumatı təsvir edəcəklər (həcmi 200-250 söz).

Hər bir yazı işi azı iki marker tərəfindən qiymətləndirmə meyarlarına əsasən yoxlanılır və onların verdiyi qiymətlər əsasında yekun qiymət çıxarılır. Yazılı işlər yoxlanılarkən onun mövzuya (vizual məlumata) uyğunluğu, həcmi, tərkib hissələrinin (giriş, əsas hissə və nəticə (yekun) mövcudluğu və onlar arasında məntiqi rabitə, mövzunun və ya vizual məlumatın düzgün şərhi və əhatə səviyyəsi, fikirlərin məntiqli və düzgün ifadə olunması, essedə əks fikirlərin inandırıcı şəkildə təkzibi, fikirlərin sitatlarla, nümunə, təcrübə, fakt və başqa sübutedici mənbələrdən istifadə etməklə əsaslandırılması, vizual məlumatın təsvirində isə təqdim edilən statistik göstəricilərin, rəqəmlərin düzgün təsviri və müqayisəsi, hər iki yazı növündə akademik lüğət ehtiyatından istifadə edilməsi, söz ehtiyatının zənginliyi, səlisliyi, ifadəlilik, ədəbilik, üslubun neytrallığı və orijinallığı, habelə yazı savadı (yol verilmiş səhvlərin (orfoqrafik, leksik, qrammatik, durğu işarəsi, faktoloji və s.) ümumi sayı) nəzərə alınır.

Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin və ya iddiaçının özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri və ya vizual məlumat əvəzinə, hər hansı digər mövzuda, vizual məlumatdan kənar və ya seçilmiş dil əvəzinə digər dildə yazılmış, həmçinin tələb olunan minimal həcmdən (minimum 180 sözdən) az həcmdə yazılmış, eləcə də oxunulması və anlaşılması mümkün olmayan yazı işləri “0” (sıfır) balla qiymətləndirilir.

Onu da nəzərə almaq lazımdır ki, yazının həcmi 200-250 sözdən ibarət olmalıdır. Həcm tələb olunan minimum 200 sözdən 10 faiz az (ən azı 180 söz) və ya maksimum 250 sözdən 10 faiz çox (ən çoxu 275 söz) ola bilər, lakin bu hallarda qiymət bir bal aşağı salınır. Minimal həcmdən (180 sözdən) az olan yazılar “0” (sıfır) balla qiymətləndirilir, yazının maksimal həcmdən (275 sözdən) artıq olan hissəsi isə qiymətləndirmə zamanı nəzərə alınmır. Yazı işi səliqəli və aydın yazılmalıdır ki, onu oxuyub-qiymətləndirmək mümkün olsun.

Dövlət İmtahan Mərkəzi namizədlərə və iddiaçılara verilən tövsiyələri imtahana hazırlaşarkən və yazı işini yerinə yetirərkən nəzərə almağı məsləhət görür, qəbul və fəlsəfə doktoru imtahanında uğurlar arzulayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçli məhbuslar Estoniya həbsxanalarında saxlanma şəraitindən şikayətləniblər

“Azərişıq”: Süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib

Deputat: Paşinyan bu gün sülh libası geyinibsə, bunun səbəbi Azərbaycanın gücüdür

Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub

Səmərqənd Dövlət Texniki Universitetinin professor-müəllim heyəti AzMİU-da təcrübə keçir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının yarımfinalında uduzub

Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar

Bakı beynəlxalq dialoqun və strateji tərəfdaşlığın mərkəzi kimi mövqeyini möhkəmləndirir ŞƏRH

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 8 idman növü üzrə təmsil olunacaq

Baş Prokurorluq Türkiyə vətəndaşı Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edib

Politoloq: Ermənistanın sabiq prezidentlərinin hər üçü müharibə cinayətlərində iştirak edib - ŞƏRH

Dünyaşöhrətli alim Erol Qelenbe İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında məruzə edib

İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib

“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır

Sağlamlıq və şəfa mənbəyi: Naftalan və Kəlbəcərin termal imkanları Samsun sərgisində

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar -  Panel sessiya  VİDEO

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək