İyunun 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 17-21° isti, gündüz 25-30° isti olacaqdır.
Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 14-19° isti, gündüz 30-35° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
gün ərzində əsasən yağmursuz. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 10-15°, gündüz 22-27° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 16-20°, gündüz 29-34° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 14-19, gündüz 23-28° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 17-22°, gündüz 29-34° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 17-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 23-28° isti olacağı gözlənilir.