İyunun 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 19-24°, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcəkdir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25°, Türkan, Hövsan, Şıx və Sahildə 25-26° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 16-21°, gündüz 30-35° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 11-16°, gündüz 23-28° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 16-21°, gündüz 29-34° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24°, gündüz 32-37°, bəzi yerlərdə 39° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 21-25°, gündüz 31-36° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.