İyunun 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Temperatur gecə 19-23°, gündüz 25-30° isti, Bakıda gecə 21-23°, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcəkdir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23°, Türkan, Hövsan, Şıx və Sahildə 23-24° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 16-21°, gündüz 30-35° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 18-23°, gündüz 29-34° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 19-24°, gündüz 31-36° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 20-23°, gündüz 27-32° isti, dağlarda gecə 15-18°, gündüz 20-25° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyunun 25-i gündüzədək Abşeron yarımadasında güclü şimal-qərb küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.