İyunun 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 16-20°, gündüz 22-26° isti, Bakıda gecə 17-19°, gündüz 23-25° isti olacaqdır.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 21-22°, Türkan, Hövsan, Şıx və Şahildə 22-23° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 23-28° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-12°, gündüz 18-23° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
əsasən gecə və səhər şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 23-28° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə10-15°, gündüz 20-25° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
əsasən gecə və səhər şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 25-30° isti olacaqdır.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir.
Temperatur gecə 15-19°, gündüz 23-28° isti, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacaqdır.