İyunun 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 15-20° isti, gündüz 28-33° isti olacaqdır.
Bakıda gecə 18-20° isti, gündüz 30-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 757 millimetr civə sütununadək enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı,
lokal qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 14-19° isti, gündüz 31-36° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 15-20°, gündüz 29-34° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gün ərzində əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 15-20°, gündüz 31-36° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 15-20° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyunun 5-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. İyunun 6-7-də meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.