İyunun 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 16-21°, gündüz 26-31° isti, Bakıda gecə 19-21°, gündüz 29-31° isti olacaqdır.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcəkdir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23°, Türkan, Hövsan, Şıx və Sahildə 23-24° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 11-16°, gündüz 27-32° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və
Daşkəsən-Gədəbəy rayonlarında
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 7-12°, gündüz 19-24° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli
və Cəbrayıl rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 14-19°, gündüz 26-31° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz
və Qusar rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 15-20°, gündüz 29-34° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və
Astara rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 16-20°, gündüz 27-32° isti, dağlarda gecə 9-14°, gündüz 21-26° isti olacağı gözlənilir.