İyunun 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 16-21°, gündüz 27-32° isti, Bakıda gecə 18-20°, gündüz 30-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcəkdir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23°, Türkan, Hövsan, Şıx və Şahildə 23-24° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 26-31° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və axşam saatlarında şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 7-12°, gündüz 18-23° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 13-18°, gündüz 26-31° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 13-18°, gündüz 24-29° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 17-20°, gündüz 26-31° isti, dağlarda gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.