İyunun 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Temperatur gecə 16-21° isti, gündüz 24-29° isti olacaqdır.
Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 22-23° olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 13-18° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy
rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı rayonlarda leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 7-12°, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-
Füzuli-Cəbrayıl rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır. Dolu düşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 15-19°, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında
şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı rayonlarda leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 13-18°, gündüz 22-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı rayonlarda leysan xarakterli olacağı gözlənilir. Bəzi qərb rayonlarında dolu düşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı gözlənilir.
Temperaturun gecə 17-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 13-17° isti, gündüz 20-25° isti olacağı gözlənilir.