İzmirdə 3 yaşlı qız 65 saat sonra dağıntılar altından sağ çıxarılıb
İzmir, 2 noyabr, AZƏRTAC
İzmirdə baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan 3 yaşlı Elif Perinçek 65, 14 yaşlı İdil Şirin isə 58 saat sonra sağ çıxarılıb.
AZƏRTAC xəbər verir ki, təcili xəstəxanaya yerləşdirilən Elif dağıntılar altından yaralı olaraq xilas edilən 106-cı nəfər olub.
Artıq bir neçə gündür sosial mediada İdil və bacısının dağıntılar altında olduğu, onlardan heç bir xəbərin alınmadığı bildirilirdi. Elif xilas edilsə də, bacısı həlak olub.
Qeyd edək ki, hadisə nəticəsində həlak olanların sayı 79-a çatıb.
Axtarış-xilasetmə işləri davam etdirilir. İndiyədək bölgədə 43-ü 4 baldan yuxarı olan 1120 afterşok qeydə alınıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]