Jitomirin küçələrində Xocalı soyqırımı haqqında informasiya olan elektron lövhələr və plakatlar yerləşdirilib
Kiyev, 26 fevral, AZƏRTAC
“Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatının Jitomir regional bölməsinin və Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının vitse-prezidenti İsgəndər Zamanovun təşəbbüsü ilə Ukraynanın vilayət mərkəzinin küçələrində Xocalı soyqırımı haqqında informasiya olan elektron lövhələr və plakatlar yerləşdirilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev