KABEL İSTEHSALI ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, ötən il Mingəçevirdəki “Azərkabel” ASC-də 1 milyon 759 min manatlıq (AZN) kabel məmulatı istehsal olunmuşdur. Bu, əvvəlki ilə nisbətən 54,6 faiz çoxdur.
İl ərzində müəssisədə 580 ton açıq naqil, 196 kilometr güc kabeli, 1,5 min kilometr rabitə naqili, 38 kilometr qurğu naqili istehsal olunmuşdur. Orta aylıq əmək haqqı 30 faiz artmışdır.
Müəssisəyə Türkiyə və Rusiyadan izolyasiya çəkən ekstruder xətləri gətirilib quraşdırılmışdır. 2005-ci ildə zavoda 240 min manat sərmayə qoyulmuşdur.