Kamala Harris demokratlarla telefon danışığına on saat vaxt sərf edib
Bakı, 22 iyul, AZƏRTAC
ABŞ-ın vitse-prezidenti Kamala Harris bazar günü Prezident Cozef Baydenin seçki yarışdan çıxdığını elan etdikdən və bu posta onun namizədliyini dəstəklədikdən sonra demokratlarla telefon danışıqlarına on saatdan çox vaxt sərf edib.
AZƏRTAC xəbər verir ki, CNN teleradio kompaniyası bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Kamala Harris gün ərzində 100-dən çox siyasətçiyə zəng edib. O, həmçinin Cozef Baydenlə bir neçə dəfə əlaqə saxlayaraq bu məsələ ətrafında onunla fikir mübadiləsi aparıb.
Qadın siyasətçi hər söhbətində dəstəyə görə Cozef Baydenə minnətdarlığını ifadə etsə də, namizədliyi haqq etmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Qeyd edək ki, iyulun 21-də ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]